Messi yenidən Səudiyyə Ərəbistanına yollanıb

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi yenidən Səudiyyə Ərəbistanına yollanıb.

Turanın səsi ” xəbər verir ki, ailəsi ilə birlikdə sözügedən ölkəyə gedən 36 yaşlı hücumçunun səfərinin məqsədi hələlik bəlli deyil. Amma onun krallıq klublarından biri ilə danışıqlar apardığı da istisna edilmir.

Əd-Diriyə şəhərini gəzən ulduz futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək “Səudiyyə Ərəbistanının doğulduğu və 300 illik tarixə ev sahibliyi edən bölgəni ailəmlə birlikdə kəşf edərək gözəl gün keçirdim” yazıb.

Qeyd edək ki, Lionel Messi bir müddət öncə PSJ-nin düşərgəsini icazəsiz tərk edərək Səudiyyə Ərəbistanına yollandığı üçün əsas komandadan kənarlaşdırılmışdı. Sonradan üzr istəyən “tanqoçu” əfv edilmişdi.

Təcrübəli oyunçunun Paris klubu ilə müqaviləsi bu ilin iyununda başa çatacaq.

⤵️

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir