Messi PSJ ilə gizli razılığa gəlib


Argentina millisinin kapitanı Lionel Messi hazırda çıxış etdiyi Fransa PSJ-si ilə gizli razılığa gəlib.

Turanın səsi “RMC Sport”a istinadən xəbər verir ki, bu anlaşma 36 yaşlı hücumçunun yenidən məşqlərə buraxılması ilə bağlıdır.

Təcrübəli hücumçu klubun düşərgəsini icazəsiz tərk edərək Səudiyyə Ərəbistanına yollandıqdan sonra əsas komandadan kənarlaşdırılıb. Forvardın cari mövsümün sonunadək meydana çıxa bilməyəcəyindən ehtiyatlanan nümayəndələri dərhal klub rəhbərliyi ilə əlaqə saxlayaraq, onun bağışlanmasını xahiş ediblər.

Dünya çempionu üzr istəyərək komandaya qayıtsa da, müqavilədə Messinin rəsmi oyunlarda iştirakı ilə bağlı heç nə qeyd olunmayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir