Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb

Argentinalı futbolçu Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb.

“Turanın səsi ”  “NTV Spor”a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu İstanbul təmsilçisinin NEF stadionunda vurduğu 600-cü qolun müəllifi olub.

Təcrübəli forvard bunu “Başakşehir”ə qarşı keçirilən Türkiyə Kubokunun 1/4 final oyununun 51-ci dəqiqəsində fərqlənməklə bacarıb. O, komandasının 2-ci qoluna imza atıb.

Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən qarşılaşmada “Cim-Bom” rəqibinə uduzur – 2:3.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir