“Mançester Yunayted”in futbolçusu “Qalatasaray”ın hədəfində

“Mançester Yunayted”in əsas heyətdən uzaqlaşdırdığı Markus Reşford “Qalatasaray”ın gündəmindədir. 27 yaşlı forvardın transferi üçün İngiltərə klubu ilə danışıqlara başlanıb.

turaninsesi.az” xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim tərəfindən gözdən çıxarılan Markus Reşford özünə yeni komanda axtarmağa başlayıb. İngilis hücumçuya ən real elçi “Qalatasaray”dır.

Reşfordun transferi üçün “Milan” və “Borussiya Dortmund”un da addımlar atdığı deyilir. Futbolçu əsas prinsipinin Avropanın 5 böyük liqasından hansısa klub olduğunu bildirib.