“Mançester Yunayted” qalmaqallı müsahibəyə görə Ronaldonu cəzalandıracaq

0

İngiltərə Premyer Liqasının (APL) klubu “Mançester Yunayted” portuqaliyalı hücumçu Kriştiano Ronaldonu jurnalist Piers Morqanla müsahibəyə görə cəzalandıracaq.

Turanın səsi” xəbər verir ki, bu barədə “Metro” nəşri yazıb.

Qeyd olunub ki, klub Ronaldunu 1 milyon funt sterlinq cərimə ödəməyə məcbur edəcək.

Portuqaliyalı futbolçu Morqana müsahibəsində “Mançester Yunayted”in xəyanətindən, həmçinin komandanın baş məşqçisi Erik ten Haqa hörmətsizlikdən danışıb. Ronaldo “Mançester Yunayted”i sevdiyini, lakin klubdan getməyə hazır olduğunu bildirib.

“Pikassonun dediyi kimi, bərpa etmək üçün məhv etmək lazımdır. Və mənimlə başlasalar, mənim üçün problem deyil. Mən “Mançester Yunayted”i sevirəm, azarkeşləri sevirəm, onlar həmişə mənim tərəfimdədirlər”-deyə, o bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir