“Mançester Yunayted” “Beşiktaş”ın hücumçusu ilə anlaşıb

İngiltərənin “Mançester Yunayted” klubu Türkiyə “Beşiktaş”ının futbolçusu Vaut Veqhorstla anlaşıb.

Turanın səsi ” in məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.

O, “qırmızı şeytanlar”ın 31 yaşlı hücumçu ilə şifahi razılıq əldə etdiyini bildirib.

İddiaya görə, İstanbul təmsilçisi bu keçiddən 3 milyon avro gəlir əldə edəcək. Müqavilə ilə İngiltərənin digər klubu “Börnli”yə məxsus olan Niderland millisinin üzvü “qara qartal”la müqaviləsini pozduqdan sonra icarə əsasında “Mançester Yunayted”ə keçəcək.

Razılaşmaya əsasən, “Beşiktaş” yalnız Veqhorsta əvəzləyici tapacağı halda təklifə müsbət cavab verəcək.

Qeyd edək ki, təcrübəli forvard cari mövsümün əvvəlindən Türkiyə klubunun formasını geyinir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir