“Mançester Yunayted” 6 futbolçusunu satacaq
“Mançester Yunayted” hazırda maliyyə çətinliyi ucabatından 6 futbolçu satmalı olacaq.
“turaninsesi.az” Mirror-a istinadla xəbər verir ki, bu siyahıya Markus Reşford, Tayrell Malasya, Antoni, Ceydon Sanço, Kazemiro və Kristian Eriksen daxildir.
Hazırda Reşford, Malasya, Antpni və Sanço icarədədir. “Mançester Yunayted” isə onları mövsümün sonunda birdəfəlik satmağı gözləyir.
Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 15-ci yerdədir.