“Mançester Siti” Avropa Superkubokunun qalibi oldu

Bu gün UEFA Superkubokunun oyunu keçirilib.

Turanın səsi ” xəbər verir ki, həlledici matçda Çempionlar Liqasının son qalibi “Mançester Siti” və Avropa Liqasının son qalibi “Sevilya” üz-üzə gəlib. Görüş Yunanıstandakı “Qeorgios Karaiçkakis” stadionunda keçirilib.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Mançester Siti” 5:4 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

Beləliklə, klub tarixində ilk dəfə Superkuboku qazanıb.

16 avqust

23:00. “Mançester Siti” (İngiltərə) – “Sevilya” (İspaniya) – 1:1 (penaltilər seriyası – 5:4)

Qollar:  Palmer, 63 – Nesiri, 25

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir