Mahir Emreli 90 dəqiqə oynadı, komandası məğlub oldu
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Nürnberq” klubu II Bundesliqanın XV turunda məğlub olub.
“turaninsesi.az” xəbər verir ki, komanda səfərdə “Elversberq”lə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib – 2:1. Bununla da “Nürnberq II Bundesliqa ardıcıl 4-cü oyunda da qələbə qazana bilməyib.
Qeyd edək ki, Mahir Emreli bu görüşdə sonadək meydanda olub.