Məşqçini ağır cəza gözləyir
“Lion”un baş məşqçisi Paulo Fonseka tarixi cəza ala bilər.
“turaninsesi.az” RMC Sport- istinadla xəbər verir ki, o, Liqa 1-in 24-cü turunda “Brest”lə matçın 90+4-cü dəqiqəsində mümkün penalti epizodunu yoxlamaq üçün VAR-a yaxınlaşan baş hakim Benoit Milyoya sərt reaksiya göstərib.
Həmin vaxt referi Fonsekanı qırmızı vərəqə ilə cəzalandırıb. Baş məşqçi isə daha da əsəbiləşərək hakimə hücum edib. Onu futbolçular sakitləşdiriblər.
Bu hərəkətinə görə məşqçi bir neçə aylıq futboldan kənarlaşdırıla bilər. Hətta cəzanın 7 ay olması ehtimalı da var.
Fonseka bu ilin yanvarın 31-də “Lion”a baş məşqçi təyin olunub.