Liverpulda Qvardiolaya: “Sabah səni qovacaqlar!”
“Mançester Siti” uğursuz çıxışı davam edir.
“turaninsesi.az” xəbər verir ki, Xosep Qvardiolanın komandası Premyer Liqanın 13-cü turunda səfərdə “Liverpul”a uduzub (0:2). Bu, Liqada ardıcıl 4-cü, son yeddi oyunda isə bütün turnirlərdə 7 matçda 6-cı məğlubiyyəti olub.
“Liverpul” – “Mançester Siti” matçının gedişatı zamanı meydan sahibi komandanın azarkeşləri Qvardiolaya xitabən “Sabah səni qovacaqlar” şüarı səsləndiriblər.
Matçdan sonra 53 yaşlı mütəxsəssis deyib:
“Bütün stadionlarda mənim qovulmağımı istəyirlər. “Bu, hələ “Brayton”la matçdan başlayıb. Bunu “Enfild”də, Liverpul sakinlərdindən gözləmirdim. Amma normaldır. Bu, oyunun bir parçasıdır, başa düşürəm”.