“Liverpul” “Real”ın belini bükdü
UEFA Çempionlar Liqasıda 5 turun mərkəzi qarşılaşması çərçivəsində “Liverpul” evində “Real Madrid”i qəbul edib. Oyun “mersisaydlılar”ın 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.
“turaninsesi.az” xəbər verir ki, meydan sahiblərinin qollarını matçın 52-ci dəqiqəsində Mak Allister və 76-cı dəqiqədə Qakpo vurub. “Kral klubu”nun heyətində Arda Gülər oyuna əsas heyətdə başlayıb və 56 dəqiqə meydanda olub.
Oyun ərzində “Liverpul” və “Real Madrid” hərəyə 1 penalti qaçırıb. Bu nəticə ilə İngiltərə təmsilçisi 15 xalla vahid liderə çevrilib. Son çempion Madrid təmsilçisi isə 6 xalda qalıb.