“Liverpul” “qırmızı şeytanlar”ı məğlub edə bilmədi

İngiltərə Premiyer Liqasının 20-ci turunun mərkəzi qarşılaşmasında lider “Liverpul” evində “Mançester Yunayted”i qəbul edib. “Mersisaydlılar” doğma divarlar arasında “mankunyanlar”ı məğlub edə bilməyib.

turaninsesi.az” xəbər verir ki, qarşılaşma 2-2 hesablı bərabərliklə yekunlaşıb. “Liverpul”un qollarını Qakpo (59) və Məhəmməd Salah (70) vurub. Qonaqların topları isə Lisandro Martinez (52) və Diallodan (80) gəlib.

Bu nəticə ilə “Liverpul” xallarının sayını 46-ya yüksəldib və 1 oyun az keçirməklə ən yaxın izləyicisi “Arsenal”ı 6 xal qabaqlayır. “Mançester Yunayted” isə 23 xalla 13-cüdür.