“Liverpul” çempionluğa bir addım da yaxınlaşdı

İngiltərə Premiyer Liqasının 18-ci turu çərçivəsində lider “Liverpul” “Lester Siti”ni qonaq edib. Mersisaydlılar geriyə düşdükləri matçda “Lester”i məğlub etməyi bacarıb.

turaninsesi.az” xarici mediaya istinadən xəbər verir ki, oyunun 6-cı dəqiqəsində Cordan Ayu qonaqları 1-0 önə keçirsə də, hissənin sonuna əlavə edilmiş 1-ci dəqiqədə Qakpo hesabı bərabərləşdirib. İkinci hissəyə sürətli başlayan “Liverpul” Kurtis Cons (49) və Məhəmməd Salahın (82) qolları ilə rəqibini 3-1 hesabı ilə məğlub edib.

Liqada 1 oyun az keçirən “Liverpul” ən yaxın izləyicisi “Çelsi”nin 7 xal önündə liderdir. “Qırmızılar”ın 17 oyundan sonra 42 xalı var. Hava şəraiti səbəbindən təxirə salınmış “Everton”la derbidən qələbə ilə ayrılacağı təqdirdə, “Liverpul” xal fərqini 10-a yüksəldəcək.

Nazim Hacıyev