Lionel Messi onu 10 saat gözləyən azarkeşi evinə qonaq edib

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi 10 saat onu gözləyən azarkeşi evinə qonaq edib.

Turanın səsi ” xəbər verir ki, Xuan Polkan adlı fanat bu barədə “Infobae” nəşrinə müsahibəsində bildirib.

O, 36 yaşlı hücumçunun ev ünvanını daha əvvəl oyunçuya xidmət etmiş saç ustası sayəsində tapdığını söyləyib.

Tərəfdar səhər saat 09:00-da argentinalı forvardın evinə yaxınlaşıb. Polkan 9 saatdan sonra Messini görsə də, ulduz futbolçunun yanından keçdiyini deyib. Mühafizəçi onu qovmaq istəsə də, oyunçunun həyat yoldaşı azarkeşi evə dəvət edib.

Fanat ardınca Messi ilə salamlaşdığını sözlərinə əlavə edib: “Bu, inanılmaz an idi. Onu necə çox sevdiyimi dedim. Şəkil çəkdirdik, oynadığım futzal klubunun formasına imzasını atdı və məni qucaqladı”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir