“Leyptsiq”in futbolçusu: “Belçika və Azərbaycanla oyunlar çətin keçəcək”
“Əvvəlcə Belçikaya, ardınca isə Azərbaycana qarşı oynayacağıq. Hər iki görüş inanılmaz dərəcədə çətin keçəcək”.
“Turanın səsi ” in məlumatına görə, bunu İsveç millisinin və Almaniya “Leyptsiq”inin futbolçusu Emil Forsberq Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunları barədə danışarkən deyib.
32 yaşlı hücumameylli yarımmüdafiəçi bildirib ki, “qırmızı şeytanlar”la oynamaq əyləncəli olacaq: “Belçika dünya səviyyəli komandadır. Amma onların qarşısında aciz qalmayacağıq. Əla formada olan çoxlu futbolçumuz var. Öz oyunumuzu göstərsək, istənilən komandanı məğlub edə bilərik”.
Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI