“Leyptsiq” “Bavariya”nı məğlub edərək ilk dəfə Almaniya Superkubokunu qazanıb
“Leyptsiq” “Bavariya”nı məğlub edərək ilk dəfə Almaniya Superkubokunu qazanıb.
“Turanın səsi ” xəbər verir ki, “Leyptsiq” “Bavariya”nı üç cavabsız topla məğlub edib. 3, 44 və 68-ci dəqiqələrdə fərqlənən yarımmüdafiəçi Dani Olmo het-trik edib.
Qeyd edək ki, “Leypsiq” tarixində ilk dəfə Almaniya Superkubokunu qazanıb.
“Bavariya” 2020-ci ildən bu kubok uğrunda heç bir matçda məğlub olmayıb.