La Liqa: “Real Madrid” növbəti dəfə səfərdən xalsız qayıdıb


“Real Madrid” La Liqada növbəti səfər məğlubiyyətindən sonra “Barselona”nın çempionluğunu yaxınlaşdırıb. Bu dəfə kral klubu “Real Sosyedad”dan zəif olub.

Turanın səsi ” xəbər verir ki, basklar cari çempionun qapısına 2 dəfə yol tapıblar.

Belə ki, oyunda ilk qol matçın ikinci hissəsinə təsadüf edib. 47-ci dəqiqədə Takefusa Kubo oyunda hesabı açıb. Oyunun 61-ci dəqiqəsində Madrid klubunun müdafiəçisi Dani Karvaxal meydandan qovulub. Bununla belə, “Real Sosyedad” minimal üstünlüklə yetinməyib və 85-ci dəqiqədə fərqi ikiyə çatdırıb. Ev sahiblərinin heyətində Barreneçea topu qapıya göndərib.

Beləliklə, 33 oyundan sonra “Real Madrid”in 68 xalı var. “Real Sosyedad” isə 61 xalla dördüncü pillədəki yerini bərkidib. Lider “Barselona” isə çempionluğunu rəsmiləşdirməyə yaxındır. Katalonların aktivində 82 xal var.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir