La Liqa: “Atletiko” səfərdə yeddi cavabsız qol vurub

“Atletiko” İspaniya çempionatının 3-cü turunun matçında səfərdə “Rayo Valyekano”nu 7 cavabsız qolla məğlub edib.
“Turanın səsi ” xəbər verir ki, oyun Madridin “Kampo de Valyekas” stadionunda baş tutub.
Hesabında 7 xal olan “Atletiko” top fərqinə görə “Jirona” və “Barselona”nı qabaqlayaraq La Liqanın turnir cədvəlində ikinci pilləyə yüksəlib. Madrid “Real”ı 9 xalla liderdir.