Kral Kuboku: “Real Madrid” “Barselona”nı darmadağın edərək El Klasikoda finala çıxıb

İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Real Madrid” “Barselona”nı darmadağın edib.

Turanın səsi ” xəbər verir ki, Barselonada, “Kamp Nou” stadionunda keçirilən oyun 4:0 hesabı ilə paytaxt təmsilçisinin xeyrinə başa çatıb.

Fransalı hücumçu Kərim Benzema son görüşdə 50, 58 (penalti) və 81-ci dəqiqələrdə qol vuraraq het-trik edib. Vinisius Junior birinci hissənin sonunda Kataloniya qapısına daha bir top göndərib.

Martın 2-də Madriddə keçirilən ilk yarımfinal oyunu “Barselona”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün cəminə əsasən, “Real Madrid” turnirin həlledici mərhələsinə vəsiqə sahibi olub.

Finalda Madrid klubu yarımfinalda “Atletik Bilbao”nu məğlub edən “Osasuna” ilə qarşılaşacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir