Konfrans Liqasında pley-offun püşkü atıldı

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

turaninsesi.az” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində 8 cütlük müəyyənləşib.

Pley-off mərhələsində ilk matçlar fevralın 13-də, cavab görüşləri isə 20-dəkeçiriləcək.

“Gent” (Belçika) – “Betis” (İspaniya)

“Çelye” (Sloveniya) – APOEL (Kipr)

“Kopenhagen” (Danimarka) – “Haydenhaym” (Almaniya)

“Omoniya” (Kipr) – “Pafos” (Kipr)

TSK (Serbiya) – “Yagelloniya” (Polşa)

“Vikinqur” (İslandiya) – “Panatinaikos” (Yunanıstan)

“Molde” (Norveç) – “Şemrok Rovers” (İrlandiya)

“Borats” (Bosniya və Herseqovina) – “Olimpiya” (Sloveniya)