Konfrans Liqası: Yarımfinalın bütün iştirakçıları müəyyənləşib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230420_095012-1.jpg)
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
“Turanın səsi ” in məlumatına görə, yarımfinala son vəsiqəni İsveçrə “Bazel”i əldə edib.
Fransadakı cavab oyununda “Nitsa”ya 2:1 hesabı ilə qalib gələn qonaqlar növbəti mərhələyə yüksəliblər.
Yarımfinalda isveçrəlilər İtaliya “Fiorentina”sı ilə üz-üzə gələcək. Bu raundun digər görüşündə İngiltərə “Vest Hem”i Niderlandın “AZ Alkmaar” komandasını sınağa çəkəcək.
Yarımfinalın ilk oyunları mayın 11-də, cavab qarşılaşmaları isə 18-də olacaq.
UEFA Konfrans Liqası
1/4 final
20 aprel
23:00. “Nitsa” (Fransa) – “Bazel” (İsveçrə) – 1:2 (ƏLAVƏ VAXTDA – 0:1)
Qollar: Qaetan Labord, 9 – Jan Kevin Oqyüsten, 86. Qasım Nuhu, 98
İlk oyun – 2:2.
01:02
UEFA Konfrans Liqasında yarımfinalın daha bir iştirakçısı bəlli olub.
“Turanın səsi ” in məlumatına görə, 1/4 finalın cavab oyununda İngiltərədə Belçika “Gent”ini 4:1 hesabı ilə darmadağın edən “Vest Hem” növbəti raunda yüksəlib. Bu komandalar arasında keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 1:1.
Fransada “Nitsa” və İsveçrə “Bazel”i arasında keçirilən görüşdə isə ümumi hesab bərabər olduğundan əlavə vaxta ehtiyac duyulub.
UEFA Konfrans Liqası
1/4 final
20 aprel
23:00. “Vest Hem” (İngiltərə) – “Gent” (Belçika) – 4:1
Qollar: Maykl Antonio, 37; 63. Lukas Paketa, 55 (penalti). Deklan Rays, 58 – Uqo Küypers, 26
İlk oyun – 1:1
23:00. “Nitsa” (Fransa) – “Bazel” (İsveçrə) – 1:1 (ƏLAVƏ VAXT)
Qollar: Qaetan Labord, 9 – Jan Kevin Oqyüsten, 86
İlk oyun – 2:2.
23:34
UEFA Konfrans Liqasında ikinci yarımfinalçı bəlli olub.
“Turanın səsi ” in məlumatına görə, Niderlandın “AZ Alkmaar” klubu növbəti mərhələyə vəsiqə qazanıb.
1/4 finalın cavab oyununda evdə Belçika “Anderlext”ini qəbul edən komanda əsas vaxtda 2 cavabsız qol vuraraq, ümumi hesabı bərabərləşdirib. Əlavə vaxtda tərəflərdən heç bir fərqlənə bilmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq (4:1) oynayan meydan sahibləri yarımfinala yüksəliblər.
Qeyd edək ki, daha əvvəl İtaliya “Fiorentina”sı növbəti raunda adlayıb.
UEFA Konfrans Liqası
1/4 final
20 aprel
20:45. “AZ Alkmaar” (Niderland) – “Anderlext” (Belçika) – 2:0 (PENALTİLƏR SERİYASINDA – 4:1)
Qollar: Vangelis Pavlidis, 5 (penalti); 13
İlk oyun – 0:2
22:42
UEFA Konfrans Liqasında ilk yarımfinalçı bəlli olub.
“Turanın səsi ” in məlumatına görə, 1/4 finalın cavab oyununda “Fiorentina” İtaliyada Polşa “Lex”inə 2:3 hesabı ilə uduzsa da, adını növbəti raunda yazdırıb.
Florensiya təmsilçisi səfərdəki ilk matçda Poznan klubuna qalib gəlmişdi – 4:1.
Bu qarşılaşma ilə eyni saatda başlayan “AZ Alkmaar” (Niderland) – “Anderlext” (Belçika) görüşündə isə əlavə vaxt oynanılacaq. Buna səbəb ümumi hesabın bərabər olmasıdır.
UEFA Konfrans Liqası
1/4 final
20 aprel
20:45. “Fiorentina” (İtaliya) – “Lex” (Polşa) – 2:3
Qollar: Rikkardo Sottil, 78. Qaetano Kastrovilli, 90+2 – Afonsu Souza, 9. Kristoffer Velde, 64 (penalti), Artur Sobex, 69
İlk oyun – 4:1
20:45. “AZ Alkmaar” (Niderland) – “Anderlext” (Belçika) – 2:0 (PENALTİLƏR SERİYASINDA – 4:1)
Qollar: Vangelis Pavlidis, 5 (penalti); 13
İlk oyun – 0:2
Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.