Konfrans Liqası: “Gent” darmadağınla 1/4 finala yüksəlib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/03/20230315_233411.jpg)
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start verilib.
“Turanın səsi ” in məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Başakşehir” Türkiyədə Belçika “Gent”ini qəbul edib. İstanbul təmsilçisi səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçəyə nail olsa da, evdə məğlubiyyətdən qaça bilməyib – 1:4. Qonaqların heyətində Gift Emmanuel Orban 4 dəqiqəyə het-trik edib. Nigeriyalı hücumçu 31, 32 və 34-cü dəqiqələrdə fərqlənib. “Gent”in digər qoluna 37-ci dəqiqədə Uqo Kuypers imza atıb. Meydan sahiblərinin yeganə qolunu isə 88-ci dəqiqədə Adnan Yanuzay vurub.
Gent şəhərinin eyniadlı təmsilçisi pley-offda “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.
UEFA Konfrans Liqası
1/8 final, cavab oyunları
15 mart
21:00. “Başakşehir” (Türkiyə) – “Gent” (Belçika) – 1:4
Qollar: Adnan Yanuzay, 88 – Gift Emmanuel Orban, 31; 32; 34. Uqo Küypers, 37
Baş hakim: Benua Bastyen (Fransa)
İlk oyun – 1:1
İstanbul, “Başakşehir Fatih Terim” stadionu.
Qeyd edək ki, bu raundun digər cavab oyunları martın 16-da keçiriləcək.