Konfrans Liqası: Daha 3 komanda mərhələ adlayıb

UEFA Konfrans Liqasında 1/8 finala vəsiqə qazanan daha 3 komanda müəyyənləşib.

Turanın səsi ” in məlumatına görə, İsveçrənin “Bazel”, Polşanın “Lex” və İtaliyanın “Fiorentina” klubları adlarını növbəti mərhələyə yazdırıblar.

“Gent” (Belçika) – “Qarabağ” (Azərbaycan) görüşündə isə ümumi hesab bərabər olduğundan əlavə vaxt oynanılır.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları

23 fevral

00:00. “Gent” (Belçika) – “Qarabağ” (Azərbaycan) – 1:0 (ƏLAVƏ VAXT)
Qol: 
Villi Orban, 75
İlk oyun – 0:1

00:00. “Bazel” (İsveçrə) – “Trabzonspor” (Türkiyə) – 2:0
Qollar: 
Zeki Amduni, 13. Andi Zekiri, 76
İlk oyun – 0:1

00:00. “Lex” (Polşa) – “Budo Qlimt” (Norveç) – 1:0
Qol: 
Mikael İshak, 63
İlk oyun – 0:0

00:00. “Fiorentina” (İtaliya) – “Braqa” (Portuqaliya) – 3:2
Qollar: 
Rolando Mandraqora, 37. Rikkardo Saponara, 58. Artur Kabral, 83 – Andre Kaştru, 17. Alvaro Calo, 34
İlk oyun – 4:0

00:40

UEFA Konfrans Liqasında daha bir komanda 1/8 finala yüksəlib.

Turanın səsi ” in məlumatına görə, pley-off mərhələsinin cavab oyununda öz meydanında Bolqarıstanın “Ludoqorets” klubuna qalib gələn Belçika təmsilçisi “Anderlext” növbəti raunda adlayıb.

Matçın əsas vaxtı belçikalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə bolqarlar 1:0 hesablı qalibiyyət əldə etdiklərindən, əlavə vaxt oynanılıb. Burada da hesab dəyişməyib və penaltilər seriyasından istifadə olunub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (3:0) “Anderlext” 1/8 finala yüksəlib.

23:40

UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.

Turanın səsi ” in məlumatına görə, gecənin ilk matçlarından sonra 1/8 finalın daha 3 iştirakçısı bəlli olub.

İtaliyanın “Latsio”, Kiprin AEK və Moldovanın “Şerif” komandaları növbəti raunda vəsiqə qazanıblar.

“Anderlext” (Belçika) – “Ludoqorets” (Bolqarıstan) matçında isə ümumi hesab bərabər (2:2) olduğundan əlavə vaxt oynanılacaq.

Qeyd edək ki, digər 4 cavab matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları

23 fevral

21:45. “CFR Kluj” (Rumıniya) – “Latsio” (İtaliya) – 0:0
Qırmızı vərəqə: 
Karlo Muxar, 77
İlk oyun – 0:1

21:45. “Dnepr-1” (Ukrayna) – AEK (Larnaka, Kipr) – 0:0
İlk oyun – 0:1

21:45. “Partizan” (Serbiya) – “Şerif” (Moldova) – 1:3
Qollar: 
Kvensi Meniq, 13 – Sedrik Badolo, 22. Məhəmməd Diop, 45+1; 47
İlk oyun – 1:0.

21:45. “Anderlext” (Belçika) – “Ludoqorets” (Bolqarıstan) – 2:1 (ƏLAVƏ VAXT)
Qollar: 
Franko Russo, 13 (avtoqol). Yari Versxaren, 68 – İqor Tyaqo, 71
İlk oyun – 0:1

00:00. “Gent” (Belçika) – “Qarabağ” (Azərbaycan)

İlk oyun – 0:1

00:00. “Bazel” (İsveçrə) – “Trabzonspor” (Türkiyə)

İlk oyun – 0:1

00:00. “Lex” (Polşa) – “Budo Qlimt” (Norveç)

İlk oyun – 0:0

00:00. “Fiorentina” (İtaliya) – “Braqa” (Portuqaliya)

İlk oyun – 4:0

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir