Klublararası dünya çempionatının püşkü atıldı

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) 2025-ci ildə təşkil edəcəyi klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

turaninsesi.az”  xəbər verir ki, Mayamidə (ABŞ) baş tutan püşkatmadan sonra 32 komanda 8 qrupda yer alıb.

A qrupu: “Palmeyras” (Braziliya), “Porto” (Portuqaliya), “Əl-Əhli” (Misir), “İnter Mayami” (ABŞ);

B qrupu: “Pari Sen-Jermen” (Fransa), “Atletiko” (İspaniya), “Botafoqo” (Braziliya), “Sietl Saunders” (ABŞ);

C qrupu: “Bavariya” (Almaniya), “Benfika” (Portuqaliya), “Boka Xuniors” (Argentina), “Oklend Siti” (Yeni Zelandiya);

D qrupu: “Flamenqo” (Braziliya), “Çelsi” (İngiltərə), “Leon” (Meksika), “Esperans” (Tunis);

E qrupu: “River Pleyt” (Argentina), “Monterrey” (Meksika), “İnter” (İtaliya), “Urava Red Daymonds” (Yaponiya);

F qrupu: “Fluminense” (Braziliya), “Borussiya” Dortmund (Almaniya), “Ulsan” (Cənubi Koreya), “Mamelodi Sandaunz” (CAR);

G qrupu: “Mançester Siti” (İngiltərə), “Yuventus”, “Vidad” (Mərakeş), “Əl-Ayn” (BƏƏ);

H qrupu: “Real Madrid” (İspaniya), “Red Bull Zalsburq” (Avstriya), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Paçuka” (Meksika).

Qeyd edək ki, turnir 2025-ci ildə iyunun 15-dən iyulun 13-dək keçiriləcək.