KİV: Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Stefan Kunts istefaya göndərilib.

Turanın səsi ” “Ajanspor”a istinadən məlumatına görə, almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onu Abdullah Avcının əvəzləyəcəyi bildirilib. İddiaya görə, məşqçilər heyətində yığmanın sabiq futbolçuları Burak Yılmaz və Egemen Korkmaz da yer alacaqlar.

Qeyd edək ki, Stefan Kunts 2021-ci ilin sentyabrından Türkiyə millisinə başçılıq edirdi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir