KİV: “İnter Mayami” Messiyə 200 milyon dollara 4 illik müqavilə təklif edib

Amerikanın “İnter Mayami” futbol klubu Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messiyə ümumilikdə 200 milyon dollarlıq 4 illik müqavilə təklif edib.

Turanın səsi ” xəbər verir ki, bu barədə İspaniyanın “Sport.es” portalı məlumat yayıb.

Məlumata görə, Amerika klubu Messi ilə birlikdə “Barselona”da çıxış edən yarımmüdafiəçi Serxio Busketslə də müqavilə imzalamağı düşünür. Mayın 31-də “Ekip” qəzeti “İnter Mayami”nin argentinalı üçün transfer təşkil etməyi və sonra onu 6 və ya 18 ay müddətinə “Barselona”ya icarəyə verməyi planlaşdırdığını, beləliklə, İspaniya klubunun hücumçunu əldə etməyə çalışacağı təqdirdə yarana biləcək maliyyə problemlərindən qaçacağını bildirib.

PSJ-nin baş məşqçisi Kristof Qaltye cümə axşamı bildirib ki, Messi PSJ-də son matçını iyunun 3-də keçirəcək. Daha sonra Fransa klubunun mətbuat xidməti məşqçinin dediklərini təkzib edib.

Mayın 9-da “Agence France-Presse” (AFP) Messinin Səudiyyə Ərəbistanındakı komandalardan birinə keçidinin “həll edilmiş problem” olduğunu bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir