Keyn “Bavariya”ya qələbə qazandırdı

Bundesliqanın 11-ci turunun açılış oyununda “Bavariya” evində “Ausburq” üzərində inamlı qələbə qazanıb. Münhenlilər zəif rəqibini 3-0 hesabı ilə məğlub edib. 

turaninsesi.az” xarici mediaya istinadən xəbər verir ki, meydan sahiblərinin qollarını 63, 93 və 95-ci dəqiqələrdə Harri Keyn vurub. İngilis forvard bu mövsüm liqada vurduğu qolların sayını 14-ə yüksəldib.

Bu qələbədən sonra “Bavariya” xallarının sayını 29-a çatdırıb. “Ausburq” isə 12 xalda qalıb.