İsveç – Azərbaycan oyununda erməni təxribatının qarşısı alınıb
Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində keçirilən İsveç – Azərbaycan oyununda erməni təxribatının qarşısı alınıb.
“Turanın səsi ” in xəbərinə görə, Stokholmdakı “Friends Arena”da separatçı qruplaşmaların bayrağının qaldırılmasına cəhd edilsə də, təxribatın qarşısı dərhal İsveç polisi tərəfindən alınıb. Yaranan kiçik çaxnaşmaya baxmayaraq təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.