İstanbulda nəhənglər üz-üzə gələcək
Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.
“turaninsesi.az” xəbər verir ki, 25-ci turda “Qalatasaray” “Fənərbaxça”nı qəbul edəcək.
“Rams Park”da oynanılacaq matçı sloveniyalı referi Slavko Vinçiç idarə edəcək.
Bu komandalar arasında ötən il keçirilən son görüşdə “Qalatasaray” 3:1 hesablı qələbə qazanıb.
Hazırda turnir cədvəlində “Qalatasaray” 63 xalla liderdir. “Fənərbaxça” isə 57 xalla 2-cidir.