İstanbul derbisində “Qalatasaray” qalib gəldi

Türkiyə Superliqasında 28-ci turun oyunları davam edir.

Turanın səsi ” xəbər verir ki, turun mərkəzi matçı bu gün keçirilib.

İstanbul derbisində “Beşiktaş” öz meydanında əzəli rəqiblərindən olan “Qalatasaray”ı qəbul edib. Matç “cim-bom”un minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

“Qalatasaray”a qələbə gətirən qolu “Beşiktaş”ın futbolçusu Əl Musrati öz qapısına vurub.

Bu qələbə sayəsində “Qalatasaray” xallarının sayını 75-ə çatdırıb və turnir cədvəlində liderliyə yüksəlib. “Beşiktaş” isə 46 xalla 4-cüdür.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir