İstanbul derbisi qolsuz bitdi

Futbol üzrə Türkiyə Superliqasının XXIV turunda İstanbul derbisi baş tutub.

turaninsesi.azxəbər verir ki, “Qalatasaray” doğma meydanda “Fənərbağça” ilə qarşılaşıb.

Oyununda hesab açılmayıb.

Qeyd edək ki, “Qalatasaray” 64 xalla liderdir. “Fənərbağça” 58 xalla ikinci pillədə qərarlaşıb.