İspaniya millisi dünya çempionatlarında 100-cü qolunu vurub
Turanın səsi” in məlumatına görə, yubiley qoluna Kosta Rikaya qarşı E qrupunun ilk tur oyununda fərqlənən Dani Olmo imza atıb. 24 yaşlı yarımmüdafiəçi 11-ci dəqiqədə adını tabloya yazdırıb.
İspaniyalıların ilk qolunu 1934-cü ildə Jose İraraqorri Braziliya ilə matçda vurub.
Qeyd edək ki, hazırda İspaniya – Kosta Rika matçında ilk hissə oynanılır və hesab Avropa təmsilçisinin xeyrinədir – 2:0.