İspaniya həm çempion oldu, həm də 28 milyon avro qazandı

Avro-2024-ün qalibi olan İspaniya millisi bu turnirdə maksimum gəlir əldə edib. 

Turanın səsi ” xəbər verir ki, finalda İngiltərəni məğlub edən (2:1) yığma yarışda iştirak etdiyinə görə 9,25 milyon avro qazanıb. Qrup mərhələsindəki 3 qələbə İspaniyaya 3 milyon avro verib. 

Komanda 1/8 finaldakı qələbəyə görə 1,5 milyon avro, 1/4 finaldakı qalibiyyətə görə isə 2,5 milyon avro əldə edib. Yarımfinaldan 4 milyon aro qazanan ispanlar turnirin çempionu olduqları üçün 8 milyon avroluq gəliri də təmin ediblər. 

UEFA-nın rəsmi saytında yer alan maddəyə görə, qrup mərhələsindəki hər üç matçda qələbə qazanaraq çempion olan komanda maksimum mükafata  – 28,25 milyon avroya sahib olur.  Bu da o deməkdir ki, İspaniya millisi UEFA-dan 28,25 milyon  avro alacaq. 

Avro-2024-ün 2-cisi olan İngiltərə millisi isə 24 milyon avro qazanıb. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir