İspaniya 4-cü dəfə Avropa çempionu oldu
Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçı başa çatıb.
“Turanın səsi ” xəbər verir ki, İspaniya yığması 4-cü dəfə Avropa çempionu adını qazanıb.
İspanların heyətində Niko Uilyams və Mikel Oyarzabal fərqlənib. İngiltərə millisinin yeganə qoluna Koul Palmer imza atıb.
İspaniya millisi İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq növbəti titulunu qazanıb.