İslamiada: Azərbaycan güləşçilərindən iki bürünc, bir qızıl medal
Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, 53 kq-da yarışan idmançı finalda qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bundan əlavə, sərbəst güləşçimiz Əsgər Məmmədəliyev də fəxri kürsüyə yüksəlməyi bacarıb.
O, bürünc medal qazanıb.
70 kq-dakı idmançı 3-cü yer uğrunda qarşılaşmada tacikistanlı Cəmşid Şərifovu 3:0 hesabı ilə məğlub edib.
Digər qadın güləşçimiz Tatyana Omelçenko da yarışı mükafatla başa vurub.
62 kq-da rəqib indoneziyalı Herlina Xarişma Tantri olub.
Qarşılaşmanı tam üstünlüklə (11:0) başa vuran Omelçenko 3-cü yeri tutub.