“İnter” son dəqiqədə uduzdu

Çempionlar Liqasının 6-cı turunda “Bayer Leverkuzen” evində “İnter”i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyun meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.

turaninsesi.az” xəbər verir ki, matçda yeganə qol oyunun əsas vaxtının son dəqiqəsində Mukieledən gəlib. Əlavə dəqiqələrdə başqa qol vurulmayıb və almanlar 3 xalın sahibi olub.

“Bayer Leverkuzen” bu qələbə ilə xallarının sayını 13-ə çatdırıb və 2-ci sıraya yüksəlib. “İnter” isə eyni xalla 4-cüdür.