“İnter” ardıcıl ikinci dəfə İtaliya Superkubokunu qazanıb
İtaliya Superkubokunda “Milan”ı 3:0 hesabı ilə yenən “İnter” ardıcıl ikinci dəfə kuboku qazanıb.
“turanın səsi ” ” xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda keçirilib.
Qolları Federiko Dimarko (10-cu dəqiqə), Edin Ceko (21) və Lautaro Martines (77) vurub.
“Milan” ölkə çempionu, “İnter” isə ölkə kubokunun sahibi kimi Superkubok matçında oynamaq hüququ əldə edib.
İtaliya Superkuboku 1988-ci ildən keçirilir, ən titullu komanda 9 qələbəsi olan Turinin “Yuventus”udur.
“İnter” yeddinci dəfə İtaliya Superkubokunu qazanıb və bu göstəriciyə görə “Milan”la ikinci yeri paylaşır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN
WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09