İngiltərəli futbolçu mərc etdiyi üçün cəzalandırılıb

“Brentford” klubu və İngiltərə yığmasının hücumçusu İvan Tauni mərc etdiyinə görə 8 ay müddətinə futboldan uzaqlaşdırılıb.

“Turanın səsi ” xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu 50 min funt sterlinq cərimə də ödəməli olacaq. O, meydana yalnız 2024-cü ilin yanvar ayının ikinci yarısında qayıda biləcək və ona komanda ilə məşqlərə 4 ay əvvəldən başlamaq icazəsi verilib.

Keçən noyabr ayında Tauni 2017-2021-ci illər arasında Futbol Assosiasiyası tərəfindən 232 mərc oyununu pozmaqda ittiham olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir