İngiltərə Premyer Liqasında laynsmen “Liverpul”un futbolçusunu dirsəklə vurub

İngiltərə Premyer Liqasının “Liverpul” – “Arsenal” matçının ilk yarısının sonunda “qırmızılar”ın müdafiəçisi Endrü Robertson laynsmen Konstantin Xatsidakisi boğazına dirsəklə vurmaqda ittiham edib.

turanın səsi ” xəbər verir ki, aşağı keyfiyyətdə də olsa, oyundan sonra yayımlanan fotolar, həqiqətən də, dirsək hərəkətinin olduğunu ortaya çıxarıblar.

Qarşılaşmadan sonra “Liverpul”un baş məşqçisi Yurgen Klopp insidentə geniş şərh verməyib: “Bilirəm ki, belə bir şey olub, amma epizodu görməmişəm. Əgər belə olubsa, şəkillər öz sözünü deyəcək”.

İngiltərə futbolunda hakimliklə məşğul olan “Professional Game Match Officials Limited” (PGMOL) hadisəni araşdırdığını bildirib:

“PGMOL “Enfild”də keçirilən “Liverpul” – “Arsenal” matçının fasiləsində köməkçi hakim Konstantin Xatsidakis və “Liverpul” müdafiəçisi Endrü Robertsonla bağlı insidentdən xəbərdardır. Oyun başa çatdıqdan sonra bu məsələyə ətraflı baxacağıq”, – açıqlamada vurğulanıb.

Xatırladaq ki, aprelin 9-da baş tutan “Liverpul” – “Arsenal” matçında “qırmızılar” ard-arda iki cavabsız top buraxsa da, oyunda geridönüş edə biliblər – 2:2. Beləliklə, “topçular”ın liqada 7 oyunluq qələbə seriyasına son qoyulub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir