İngiltərə Premyer Liqası: “Tottenhem” məğlub olaraq “Siti”yə çatmaq fürsətini buraxıb, “Nyukasl” darmadağın edilib

İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində Londonda “Tottenhem” eyni şəhərin komandası “Vest Hem”i, Liverpulda isə “Everton” “Nyukasl”ı qəbul edib.

Turanın səsi ”  xəbər verir ki, London derbisi qonaqların əzmkar qələbəsi, Liverpuldakı matç isə “sağsağanlar”ın darmadağın olunması ilə başa çatıb.

“Tottenhem” – “Vest Hem” matçında hesabı ev sahibləri açıb: 11-ci dəqiqədə argentinalı Kristian Romero fərqlənib. Birinci hissə “Tottenhem”in üstünlüyü ilə bitsə də, ikinci hissədə “çəkicdöyənlər” əzmkarlıq nümayiş etdiriblər. Belə ki, 52-ci dəqiqəd Carrod Bouen hesabı bərabərləşdirib. 22 dəqiqə sonra Ceyms Praus komandasının ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 1:2.

Liverpuldakı matç isə “Everton”un matçın sonlarına vurduğu qollarla yadda qalıb. Oyundakı qollar 79, 86 və 96 dəqiqələrə təsadüf edib. Ev sahibinin qollarını Duayt Maknil, Martin Dubravka və Betu vurub. Oyun 3:0 Mersisayd təmsilçisinin qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, “Tottenhem” (27 xal) məğlub olaraq turnir cədvəlində “Mançester Siti”yə çatmaq fürsətini buraxıb. “Nyukasl” (26) isə 5-ci pilləyə yüksəlmək şansını itirib.

Qeyd edək ki, hazırda turnir cədvəlinin vahid lideri Londonun “Arsenal”ıdır (36). Onun ən yaxın təqibçisi isə “Liverpul”dur. “Qırmızılar”ı birinci pillədən cəmi iki xal ayırır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir