İngiltərə Premyer Liqası: Mersisayd derbisində “Liverpul” “Everton” üzərində inamlı qələbə qazanıb

İngiltərə Premyer Liqasının XXIII turunun yekun matçında Mersisaydın iki klubu qarşılaşıb – “Liverpul” və “Everton”. Oyun “qırmızılar”ın inamlı qələbəsi ilə başa çatıb – 2:0.

Turanın səsi ”  xəbər verir ki, matç “Enflid” stadionunda baş tutub.

“Liverpul” prinsipial rəqibi ilə oyundan öncə turnir cədvəlində 10-cu pillədə qərarlaşmışdı. Bütün turnirlər daxil olmaqla son yeddi oyunda Yurgen Kloppun komandası sadəcə bir qələbə qazana bilmiş, 4 dəfə uduzmuş və cəmi 6 qol vurmuşdu. “Everton” isə tabloda sondan üçüncü pillədə qərarlaşmış olsa da, çempionatın sonuncu matçında sensasiyaya imza ata bilmişdi. Belə ki, “göylər” Premyer Liqanın lideri “Arsenal”ı 1:0 hesabı ilə yeniblər. Bu, Şon Dayçın baş məşqçi postuna təyin olunmasından bir neçə gün sonra baş verib.

Derbidən öncə məlum olub ki, hakim Con Bruksun təyinatı ləğv edilib. Arbitr VAR-a nəzarət etməli olacaqdı, ancaq “Kristal Pelas” – “Brayton” matçındakı səhvi ona baha başa gəlib. Həmin oyunda hakimlər ofsayd xətti yanlış çəkiblər və səhvən qonaqların qələbə qolunu ləğv ediblər. Bruksu nəinki derbi, həm də qarşıdakı “Arsenal” – “Mançester Siti” oyunundan da çıxarıblar.

“Everton” fasiləyədək qapıya bir dəfə də dəqiq zərbə endirməyib, “göylər” həmçinin topa sahibolma göstəricisində də rəqibdən xeyli geri qalıblar (32 % 68 %-ə qarşı) və daha çox qayda pozublar (13 5-ə qarşı). Birinci hissənin sonunda qonaqlar “qırmızılar”ı kədərləndirməyə yaxın olsalar da, Ceyms Tarkovskinin zərbəsi dirəyə tuş gəlib. Müdafiəçinin bu həmləsi küncdən zərbədən sonra baş verib, rəqib isə əks-hücumda hesabı açıb.

Birinci hissənin 36-cı dəqiqəsində Darvin Nunesin sərrast ötürməsindən sonra Məhəmməd Salah topu tora göndərib. Bu dəqiq zərbə ilə misirli qolsuz beş matç seriyasına son qoydu. Belə ki, Salah 400 dəqiqədən çox idi ki, qol vura bilmirdi. Eyni zamanda, bu qolla, o, “Enfild”də 100 məhsuldar kombinasiyada iştirak edib (71 qol, 29 asist).

Fasilədən dərhal sonra “Liverpul” üstünlüyü artırıb – Kodi Qakpo Trent Aleksander-Arnoldun uzaq dirəyə verdiyi ötürməsini qolla sonuclandırıb. Hücumçu qışda PSV-dən 42 milyon avroya satın alınsa da, yeni klubunda keçirdiyi ilk 6 matçda fərqlənə bilməmişdi. “Liverpul”un bu qolu da məhsuldar əks-həmlənin nəticəsi olub.

Oyunun 70-ci dəqiqəsində əlamətdar hadisə baş verib: almaniyalı mütəxəssis, Dioqo Jotanı oyun salıb. Portuqaliyalı zədə səbəbindən dörd ay buraxmalı olub, onun iştirakı ilə son matç ötən il oktyabrın 16-da baş tutub. O zaman “Liverpul” öz meydanında “Mançester Siti”yə qalib gəlmişdi (1:0). Bundan başqa, Roberto Firminonun qayıdışı da diqqət mərkəzində olub: braziliyalı üç aydan sonra ilk dəfə rəsmi matçda meydana çıxıb.

“Liverpul” görüşdə qələbə qazanaraq turnir cədvəlində Londonun “Çelsi” komandasını geridə qoyub və 9-cu pilləyə yüksəlib. Bununla belə, “qırmızılar”ı Çempionlar Liqasında çıxış etmək imkanı verən ilk dördlükdən 9 xal ayırır. Fevralın 18-də “Liverpul” səfərdə dördüncü pillədə qərarlaşan “Nyukasl”la oyuna çıxacaq. Potensial qələbə Mersisayd təmsilçisini nəzəri olaraq 6-cı yerə yüksəldə bilər.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir