İngiltərə Premyer Liqası: “Liverpul” inamlı qələbə qazanıb, “Arsenal” isə rəqibini darmadağın edib

İngiltərə Premyer Liqasının VII turunun ertələnmiş oyunları başa çatıb. “Arsenal” evdə “Everton”u, “Liverpul” isə “Vulverhempton”u qəbul edib.

Turanın səsi ”  xəbər verir ki, oyunlar müvafiq olaraq “Emireyts” və “Enfild” stadionlarında baş tutub.

Bakı vaxtı ilə 23:45-də başlayan “Arsenal” – “Everton” matçı ev sahiblərinin xeyrinə bitib. “Topçular”ın birinci qolunu 40-cı dəqiqədə ukraynalı Aleksandr Zinçenkonun ötürməsindən sonra Bukayo Saka vurub. London təmsilçisinin növbəti dəqiq zərbəsi 6 dəqiqə sonraya təsadüf edib. Sakanın ötürməsini Qabriel Martinelli qola çevirib. 73-cü dəqiqədə isə komandanın kapitanı Martin Edeqor hesabı darmadağın həddinə çatdırıb. 80-ci dəqiqədə Martinelli dubla imza ataraq oyunda son nöqtəni qoyub – 4:0.

Bu qələbə sayəsində “Arsenal” turnir cədvəlindəki birinci pillədə yerini bərkidərək 60 xal toplayıb. Beləliklə, Mikel Artetanın yetirmələri çempionatda ən yaxın izləyiçiləri olan “Mançester Siti” ilə xal fərqini 5-ə çatdırıb. “Everton” isə 21 xalla 18-ci pillədə qalıb. Liverpul şəhərinin təmsilçisinin liqadan düşmək təhlükəsi davam edir.


Həftənin digər matçında “Liverpul” “Vulverhempton”u məyus edib. Bakı vaxtı ilə 00:00-da başlayan oyunun birinci yarısı qolsuz heç-heçə ilə sonuclanıb. “Liverpul” hesabı yalnız 73-cü dəqiqədə dəyişə bilib. “Qırmızı”ların müdafiəçisi ikinci cəhddən topu tora qovuşdura bilib. Niderlandlı futbolçuya dəqiq ötürməni Dioqo Jota verib. Dörd dəqiqə sonra Məhəmməd Salah fərqi artıraraq oyundakı yekun hesabı müəyyənləşdirib – 2:0.

Beləliklə, Yurgen Kloppun komandası 39 toplayaraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib. 19 qat Premyer Liqa qalibinin Çempionlar Liqasında vəsiqə qazandıran ilk dördlükdən 6 xal ayırır. “Vulverhempton” isə 24 xalla 15-ci pillədə qalıb. Liqanın növbəti turunda “qurdlar” paytaxtın “Tottenhem” komandası ilə (martın 4-də), mersisaydlılar isə əzəli rəqibləri “Mançester Yunayted”lə qarşılaşacaqlar (martın 5-də

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir