İngiltərə Premyer Liqası: “Çelsi” uzun aradan sonra qələbə qazanıb

İngiltərə Premyer Liqasının 7-ci turunun yekun oyunu “Fulhem” və “Çelsi” arasındakı Qərbi London derbisinə təsadüf edib.

Turanın səsi ”  xəbər verir ki, matç Londonun “Kreyven Kottec” stadionunda baş tutub.

Tim Robinsonun başçılıq etdiyi hakimlər briqadasının idarə etdiyi matçda “zadəganlar” inamlı qələbə qazanıblar.

Belə ki, oyunda hesab erkən açılıb: 18-ci dəqiqədə “mavilər”in ukraynalı yarımmüdafiəçisi Mixail Mudrik fərqlənib. Ona məhsuldar ötürməni Levi Kolvill edib. Cəmi bir dəqiqə sonra qonaqlar hesabdakı üstünlüklərini artırıblar: albaniyalı Armando Broya qola imza atıb. Qarşılaşmanın ikinci yarısı isə qolsuz davam edib.

Qeyd edək ki, bu qələbə sayəsində “Çelsi” turnir cədvəlində 11-ci pilləyə yüksəlib. Maurisio Poçettinonun yetirmələri çempionatdakı sonuncu 3 xalını avqustun 25-də “Luton”a qarşı ev matçında əldə ediblər. “Zadəganlar”ın 7 oyundan cəmi 8 xala gücü çatıb. Londonun ən əski klubu olan “Fulhem”in də eyni sayda xalı olmasına baxmayaraq, top fərqinə görə “mavi”lərdən 2 pillə geri qalırlar.

Hazırda turnir cədvəlinə “Mançester Siti” başçılıq edir: komanda mümkün 21 xaldan 18-ni toplaya bilib. “Şəhərlilər”in ən yaxın izləyiciləri Londonun “Tottenhem” (17 xal) və “Arsenal” (17), habelə Liverpulun eyniadlı komandasıdır (16).

Xatırladaq ki, 7-ci turun mərkəzi qarşılaşması “Tottenhem Hotspur” stadionunda baş tutub. “Tottenhem”in “Liverpul”u qəbul etdiyi matçdan ev sahibləri qalib ayrılıblar. Dramatik keçən oyun ciddi hakim səhvləri ilə yadda qalıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir