İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl” səfərindən 3 xalla dönüb

İngiltərə Premyer Liqasının 35-ci turunda “Nyukasl” doğma meydanda Londonun “Arsenal” komandasını qəbul edib.

Turanın səsi ” xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda baş tutan matçda “topçular” 0:2 hesabı ilə qalib gəliblər.

Qarşılaşmanın birinci hissəsi “Arsenal”ın bir qolu ilə yadda qalıb. Dəqiq zərbənin müəllifi Martin Edeqor olub. İkinci yarıda isə “topçular” növbəti dəfə “Nyukasl” məyus ediblər. Bu dəfə Fabian Şer öz qapısına qol vurub.

Beləliklə, 34 oyundan sonra “Nyukasl” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komandanın aktivində 65 xal var. Eddi Haunun yetirmələrinin ən yaxın təqibçiləri “Mançester Yunayted” (33 oyun, 63 xal) və “Liverpul”dur (35 oyun, 62 xal). “Arsenal” isə “Mançester Siti” ilə birgə çempionluq yarışını davam etdirir. Komanda ikinci pillədə qərarlaşıb və 35 oyundan sonra 81 xala malikdir. Onu “şəhərlilər”dən 1 xal ayırsa da, Mançester təmsilçisinin ehtiyatında bir oyun var.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir