İngiltərə Premyer Liqası: “Arsenal” “Çelsi” üzərində inamlı qələbə qazanıb

İngiltərə Premyer Liqasının 34-cü turunda “Arsenal” doğma meydanda “Çelsi”dən üstün olub.

Turanın səsi ”  xəbər verir ki, London derbisini Robert Consun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Oyunda hesab erkən açılıb. 18-ci dəqiqədə Martin Edeqor Qranit Cakanın ötürməsindən sonra dəqiq zərbə ilə topu doqquzluğa göndərib. 31-ci dəqiqədə eyni ikili “Arsenal”ın üstünlüyünü artırıb: Edeqor dubla imza atıb. 3 dəqiqə sonra “topçular” fərqi darmadağın həddinə çatdırıblar. Beləliklə, matçın birinci hissəsi “Arsenal”ın böyük üstünlüyü ilə başa çatıb.

Tərəflərin qarşılıqlı hücumları ilə keçən ikinci hissədə isə “Çelsi” fərqi azalda bilib: 65-ci dəqiqədə Noni Madueke qapıçı Aaron Remsdeyli məyus edib. “Zadəganlar”ın bütün səylərinə baxmayaraq, oyunda başqa qollar olmayıb.

Beləliklə, London derbisi “Arsenal”ın inamlı qələbəsi ilə sona çatıb – 3:1.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir