İngiltərə Premyer Liqası: “Arsenal” “Brayton” səfərində bir xala sevinib
İngiltərə Premyer Liqasının 20-ci turunda “Brayton” “Arsenal”ı qəbul edib.
“turaninsesi.az” xəbər verir ki, baş hakim Entoni Teylorun idarə etdiyi matç “Falmer” stadionunda baş tutub.
Qalibin müəyyənləşmədiyi oyunda cəmi iki qol vurulub. 16-cı dəqiqədə İtan Nvaneri qonaqları hesabda irəli çıxarıb. 61-ci dəqiqədə isə Joao Pedro penaltidən “qağayılar”a bir xalı qazandıran qola imza atıb – 1:1.
Beləliklə, 20 turdan sonra almaniyalı çalışdırıcı Fabian Hürtselerin yetirmələri 28 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıblar. “Topçular” isə ikinci pillədəki yerlərini möhkəmləndiriblər. İspaniyalı mütəxəssis Mikel Artetanın yetirmələrinin 40 xalı var.
Turnir cədvəlinin lideri isə Arne Slotun başçılıq etdiyi “Liverpul”dur (45 xal, iki oyun əskik).
Bu gün, “Falmer”dəki oyundan başqa, altın oyun keçirilib. Turun mərkəzi qarşılaşması isə Mersisaydda baş tutacaq: “Liverpul” “Mançester Yunayted”i qonaq edəcək.