İngiltərə Kuboku: “Mançester Siti” “Arsenal”ı məğlub edərək 1/8 finala yüksəlib
Futbol üzrə İngiltərə kubokunun 1/16 finalında “Mançester Siti” “Arsenal”ı 1:0 hesabı ilə məğlub edib.
“Turanın səsi “xəbər verir ki, qarşılaşmada yeganə qolu 64-cü dəqiqədə Natan Ake vurub.
Qeyd edək ki, 1/16 final mərhələsinin qalan oyunları yanvarın 28-dən 30-dək keçiriləcək. “Mançester Siti”nin növbəti rəqibi püşkatma ilə müəyyənləşəcək.
İngiltərə Kuboku 1871-ci ildən keçirilir və ən qədim futbol turnirlərindəndir. Qazanılan kubokların sayına görə rekord “Arsenal”a (14) məxsusdur, ikinci yeri “Mançester Yunayted” (12), üçüncü yeri “Liverpul”, “Çelsi” və “Tottenhem” (hər biri 8) bölüşürlər.
“Liverpul” ötən mövsüm “Çelsi”ni penaltilər seriyasında məğlub edərək, yarışın qalibi olub.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09