İkardi Hacinin rekordunu qıraraq “Qalatasaray”ın tarixinə düşdü

Mauro İkardi “Qalatasaray” tarixində ən çox qol vuran əcnəbi futbolçu oldu.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat verilib. 

Argentinalı hücumçu Türkiyə Kubokunda “İstanbulspor”a qarşı oyunda fərqlənərək, İstanbul təmsilçisiin heyətində vurduğu qolların sayını 73-ə çatdırıb.

Bununla da o, bu göstərici üzrə Georgi Hacinin rekordunu qırıb. Rumıniyanın əfsanəvi futbolçusunun hesabında 72 qol var idi.

Arzu Paşaqızı