III Avropa Oyunlarının biletləri satışa çıxarılıb

Bu il Polşada keçiriləcək III Avropa Oyunlarının biletləri satışa çıxarılıb.

Turanın səsi ” Avropa Oyunlarının rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər 26 idman növü üzrə baş tutacaq yarışlara biletləri ala bilərlər.

Biletlərin qiyməti 4-20 avro arasında olacaq. Aprelin 3-dən əvvəl platformada qeydiyyatdan keçən azarkeşlər ilk 10 000 bileti 25 faiz endirimlə əldə edə biləcəklər.

Qeyd edək ki, 21 iyun – 2 iyul aralığında keçiriləcək III Avropa Oyunlarında 7000-dən çox idmançının iştirakı gözlənilir. Açılış mərasimi iyunun 21-də Krakovda olacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir